Meksikada nəhəng sendviç hazırlanıb

Meksikada nəhəng sendviç hazırlanıb. Uzunluğu 70 metr olan sendviç Torta Fair festivalında ölkənin müxtəlif yerlərindən iştirak edən aşpazlar tərəfindən üç dəqiqə ərzində ərsəyə gətirilib.

Festival təşkilatçıları deyir ki, nəhəng sendviçin hazırlanması kütlənin marağına səbəb olub. Senvçinin çəkisi 865 kiloqram olsa da, bu, Guinnes Dünya Rekordu qırmağa kifayət etməyib.

Torta Fair festivalı bazar gününə qədər davam edəcək.