Meksikada 348 polis zabiti işdən qovuldu

Meksika federal polisi ölümlə nəticələnmiş atışmadan sonra paytaxtın beynəlxalq hava limanında 348 zabiti işdən çıxarıb.

Kadr dəyişikliyi iki ay bundan əvvəl hava limanında üç federal polis zabitin narkotika alveri ilə əlaqədar həmkarları tərəfindən öldürülməsindən sonraya təsadüf edir.

İyun ayının 25-dən axtarışda olan üç zabitdən biri həbs olunub. Yerdə qalan iki nəfər isə hələ də azadlıqdadır.

Meksika boyu 348 federal polis zabitinin vəzifələri dəyişdirilib. Yerdəyişmə prosesi geniş yoxlamalarla müşahidə olunub. Prezident Felip Kalderon 2006-cı ildə narkotika alverçilərinə müharibə elan etdikdən bəri ölkədə 50,000-dən çox insan öldürülüb.