ABŞ meksikalı narkotik karteli liderinə 30 illik həbs cəzası verib

ABŞ-ın Texas ştatının hakimi meksikalı narkotik karteli liderinə 30 il həbs cəzası verib.

Ştatın Laredo şəhərində yerləşən məhkəmə hakimi həm də, Meksikanın Zetas kartelinin yüksək ranqlı üzvü İvan Velasqez-Kaballeronun narkotiklə əlaqəli cinayətlərə görə 10 milyon ABŞ dollar məbləğində cərimə edilməsi qərarı çıxarıb.

Velasqez-Kaballero 2012-ci ildə Meksika rəsmiləri tərəfindən həbs edilərək, ABŞ məhkəməsinə çıxması üçün ekstradisiya edilib. 2014-cü ildə o, narkotik idxalı və distribusiyasına görə günahkar olduğunu etiraf edib.

Kartel liderinin həbs müddəti bitdikdən sonra Meksikaya deportasiya ediləcəyi gözlənilir.