Meksikada müəllimlər və polis arasında qarşıdurma baş verib

Meksikada polis ilə müəllimlər arasında qarşıdurma baş verib. Onlar prezident Enriqe Pena Nietonun müəllimlərin bilik səviyyələrinin yoxlanmasının standartlaşdırmasına dair imzaladığı qanuna etiraz edib.

Polis nümayişçilərin qarşısını almağa çalışıb. Onlar Mexiko şəhərində yerləşən prezident iqamətgahına doğru irəliləmək istəyiblər. Milli Təhsil İşçiləri Koordinasiya Komitəsinin Oaxaca bölməsinin lideri Ruben Nunez bildirib ki, nümayişlər onların tələbləri yerinə yetirilənə qədər davam edəcək.

Hökümət Həmkarlar İttifaqını işə qəbul prosesində həddindən artıq nəzarətə sahib olduğunu, tərəf tutma və bərabər hüquqlarla təmin etməməkdə ittiham edir.