BMT Meksikanı jurnalistlərinin təhlükəsizliyini qorumağa çağırıb. Rəsmilər bu il ölkədə 13 jurnalistin qətlə yetirildiyini bildirib. Associated Press-in BMT-nin insan haqları üzrə təhqiqatçısı Frank La Ryuya istinadən bildirdiyinə görə, 2000-ci ildən bəri 70 jurnalistin qətlə yetirildiyi Meksika dünyada jurnalistlərin hücuma məruz qaldığı 5 ən təhlükəli ölkələr sırasındadır.
Jurnalistlərin ən çox öldürülməsinin səbəblərindən biri bu ölkədə hökumətin narkotik qaçaqmalçılığına qarşı mübarizəsidir.