Bu gün yüz minlərlə müsəlman şeytanın daşa basılması mərasiminə qatılıb [Fotoqalereya]

Həcc ziyarəti

Bu gün yüz minlərlə müsəlman şeytanın daşa basılması mərasiminə qatılıb. Beləliklə Həcc ziyarəti sonuna doğru irəliləyir.

İyun ayında Səudiyyə Ərəbistanının dini rəsmiləri hökumətin tələbi ilə xaricdən gələn zəvvarların qəbulunu azaldıb. Ötən il Həcc ziyaərinə 3.2 milyon insan getmişdisə, bu il bu göstərici 1.98 milyon təşkil edib.

Bu il 188 ölkədən 1.38 milyon insan Həcc ziyarətinə toplaşıb. Qalanları ölkə daxilindən gələnlərdir. Həcc ziyarəti ikigünlük Qurban bayramı ilə sabah başa çatır.