Məhəmməd peyğəmbərin mağarası [Video]

Your browser doesn’t support HTML5

Deyilənə görə, Məhəmməd peyğəmbər vaxtının çox hissəsini dəniz səviyyəsindən təxminən 700 metr hündürlükdə yerləşən Məkkədəki mağarada tənha keçirib. Həcc ziyarətinə gedən zəvvarlardan bəziləri Səudiyyə Ərəbistanında Qurani-Kərimin ayələrinin nazil olduğu müqəddəs dağdakı mağaranı ziyarət edir.

Məkkənin Əl-Nur dağındakı kiçik, dar mağara İslamın doğulduğu yer hesab edilir. Məhəmməd Peyğımbərin vaxtının çox hissəsini burada keçirdiyini düşünən dindarlar bu mağaranı ziyarət etmək üçün dəniz səviyyəsindən 700 metr hündürlüyə qalxmalı olur. Amerikalı zəvvar Nasir Mahmud: “Bu, təsviredilməzdir. Bunun dünyaya təsirini görmək gözəldir. Hər şey burada başlayıb. Çox sadə bir yerdə. Burada durmaq belə çətindir.”

Həcc müqəddəs Məkkədə hər il keçirilən ziyarətdir. Hər bir müsəlman həyatında heç olmasa bir dəfə Həcc ziyarətinə getməlidir. Hera mağarasına qalxmaq ziyarətin rəsmi bir hissəsi olmasa da, dindarların çoxu üçün bu, keçmişə, İslamın yarandığı dövlərə bir səyahətdir. Amerikalı zəvvar Əbdülməcid Malik: “Təsəvvür edirsinizmi, bu, müqəddəs peyğımbərin mütəmadi olaraq gəldiyi yerdir və o, həyat yoldaşı Xədicə ilə birlikdə, o dövrdə buraya gəlirdi. Və bu sizə bu yüksəkliyə qalxmağa motivasiya verir.”

Buraya qalxmaq təminən 40 dəqiqə çəkir və adəti üzrə zəvvarlar dağa Həcc üçün münasib geyimdə çıxır. Havanın temperature isə Selsi ilə müsbət 42 dərəcəyə yaxın olur. “Bu, intensiv gəzinti olduğu üçün havanın temperaturuna əvvəlcədən diqqət yetirmək gərəkdir. Ona görə də biz səfərə səhər tezdən çıxdıq. Burada bir yol var, lakin siz sürüşüb yıxılmamaq üçün diqqətli olmalısınız” deyə, Əbdülməcid Malik bildirir.

Detallarla maraqlanan və axıradək qalxan zəvvarlar üçün bu, inanılmaz bir təcrübədir. Yeni Zenlandiyadan zəvvar Məhəmməd Vahəb: “Buraya qalxarkən peyğəmbərimizin belə havada bunu etdiyini bilmək çox gözəldir. Peyğəmbərimizin Məkkədən gələrək, buraya pilləkan olmadan çıxmasını təsəvvür edirsən. Mən bu hissi çatdıra bilmirəm.”

Müsəlmanlar Cəbrayılın Məhəmməd Peyğəmbəri burada, Əl-Nur mağarasında ziyarət etdiyinə və Qurani-Kərim ayələrinin burada nazil olduğuna inanır. Bu il 2 milyondan çox zəvvarın iştirakı ilə Həcc ziyarəti avqustun 24-də başa çatır.