ABŞ amerikalıların İranın dissident qrupuna dəstəyi ilə bağlı təhqiqat aparır (VİDEO)

  • Amerikanın səsi

ABŞ-ın Maliyyə nazirliyi İranın Xalq Mücahidləri qrupunu dəstəkləyən amerikalılarla bağlı təhqiqat aparır. İranın müxalifətdə olan qrupu ABŞ-ın “Xarici Terroçu Təşkilatları” siyasında yer alır. Qrup siyahıdan çıxmaq istiqamətində fəaliyyət göstərir.

ABŞ-ın keçmiş səfiri Mitçel Reys Xalq Mücahidlərinin ABŞ-ın “Xarici Terroçu Təşkilatlar” siyasından siyahısından çıxarılmasını tələb edən nüfuzlu amerikalılardan biridir. 2011-ci ildə aprel ayında keçirilmiş tədbirlərdən birində o, qrupun Dövlət Departamentinin siyahısından çıxarılmalı olduğunu deyib.

Vaşinqtonda keçirilən tədbir iştirakçılarından arasında ABŞ-ın keçmiş Birgə Qərargahlar rəisi general Riçard Mayers olub. O deyir ki, “Xalq Mücahidləri”nin siyahıdan çıxarılması vaxtı artıq keçib.

“Xalq Mücahidləri”nin müdafiəsinə bu çağırışlar İranın müxalifətdə olan bu qrupunun 1997-ci ildə salındığı terrorçu təşkilatlar siyahısından çıxarılması ilə bağlı Dövlət Departamentinin məhkəməyə verildiyi vaxtla üst-üstə düşür.

General Mayers qrupunu müdafiəsi məqsədilə tədbirdə çıxışı müqabilində maliyyə aldığını Amerikanın səsinə etiraf edib.

Mətbuatda “Xalq Mücahidləri”nə dəstəyə görə yüksək səviyyəli amerikalıların hər birinə 25 min dollar məbləğində maliyyə verildiyi haqda məlumatlar yayılıb.

Mənbələrə əsasən, ABŞ-ın Maliyyə nazirliyi bununla bağlı təhqiqat aparır. Nazirlik təhqiqata cəlb olunmuş şəxslərlə bağlı məlumatları açıqlamır.

Vaşinqtonda vəkil Erik Ferrarinin sözlərinə görə, təhqiqata səbəb “Xalq Mücahidləri”nə belə yüksək səviyyəli amerikalılar tərəfindən dəstəyin verilməsi olmuşdur.

Təhqiqata cəlb olunan şəxslər arasında Demokrat partiyasının milli komirəsinin sədri Ed Randel göstərilir. “Xalq Mücahidləri”nə dəstəklə əlaqədar təhqiqata görə keçmiş baş prokuror Maykl Mukeysi və Federal Təhqiqat Bürosunun keçmiş direktoru Lui Frinin də vəkil tutduğu deyilir. Lui Fri tədbirə qatıldığına görə maliyyə kompensasiyası almadığını bildirib.

“Xalq Mücahidləri” qrupunun vəkili deyir ki, konstitusiyanın birinci maddəsinə görə xarici terror təşkilatları siyahısında olmasına baxmayaraq amerikalıların qrupa dəstək vermək hüququ var. Vəkil Stiven Şnibaum deyir ki, söhbət Amerika vətəndaşlarının fikirlərini ifadə etmək azadlığından gedir.

“Xalq Mücahidləri”nin tənqidçiləri qrupun ABŞ-ın tətbiq etdiyi qadağalar və məhdudiyyətləri ötərək, müxtəlif vasitələrlə amerikalılara maliyyə verdiyini deyir. Corctaun universitetinin professoru Pol Pilların sözlərinə görə, “Xalq Mücahidləri” bu maliyyə kampaniyasını həyata keçirmək üçün bir sıra insanlar və təşkilatların adlarından istifadə edib.

Lakin “Xalq Mücahidləri”nin ictimai əlaqələr qurulması üçün kampaniya aparması qrupun adının Dövlət Departamentinin xarici terrorçu təşkilatlar siyasından çıxarılmasına gətirib çıxarmayıb.