Məhsa Mehdili: Xalqımız azadlıq və ədalət istəyir və bunu öz gücü ilə əldə edəcəyinə inanır

Siyasi şərhçi Məhsa Mehdili Amerikanın Səsi ilə söhbətdə son vaxtlar İranın siyasi mühitində gündəmdə olan türk-ərəb həmrəyliyi, habelə Təbriz küçələrində səsləndirilən “azadlıq, ədalət, milli hökümət” şüarı haqqında danışıb.

Your browser doesn’t support HTML5

Məhsa Mehdili ilə müsahibə

Keçən iyul ayının ortalarında İranda ərəblərin yaşadığı bölgələrdə su qıtlığına qarşı baş qaldıran kütləvi aksiyalarda bir çox etirazçı öldürüldü. Həmin günlərdə türk fəallar İran Azərbaycanında çağırış vərəqələri paylayaraq əhalini ərəb icmasına dəstək etirazlarına qatılmağa çağırdılar. İyulun 24-də Təbrizdə baş tutan aksiyalarda “azadlıq, ədalət, milli hökümət”, “Azərbaycan, Əl-Əhvaz, ittihad, ittihad” və “haray, haray mən türkəm” kimi şüarlar səsləndirildi.

Əl-Əhvaz və Azərbaycan mərkəzli etirazların mahiyyəti eynidir. İkisi də ayrı-seçkiliyə qarşıdır, etnik zülmə, yox sayılmağa, assimilyasiyaya, iqtisadi olaraq qarət edilməyə və məhv edilməyə qarşı hərəkatlardır.

Məhsa Mehdili hesab edir ki, ərəblərin su qıtlığına qarşı etirazları İran hakimiyyətinin anti-ərəb siyasətinə etirazın bir təzahürü idi.

“Məncə su qıtlığı məsələsi əslində İranın mərkəzi hakimiyyətinin ərəblərə qarşı yürütdüyü anti-ərəb siyasəti və ərəb düşmənliyinin bir təzahürü idi. Mənə görə, oradakı su problemi, su çirkliliyi, təmiz içməli suyun olmaması da bir simvol kimi bu etirazlara [yol açdı]. Əhvaz bölgəsi çox zəngin bir bölgədir. Hətta İranın ən böyük maliyyə qaynaqları da o bölgədə təmin olur. Bir bu var ki, ümumi bir susuzluq problemi ola, bir də bu ki, mərkəzi hakimiyyətin ayrı-seçkiliyi və düşmənlik siyasəti bu problemi daha da ağırlaşdıra,” o, söyləyir.

SEE ALSO: Mahmud Bilgin: "Azadlıq, ədalət, milli hökumət" Milli Hərəkatın strateji şüarıdır

Siyasi şərhçi İran Azərbaycanı və Əhvazda ortaya çıxan etiraz hərəkatlarının mahiyyət etibarı ilə eyni olduğunu vurğulayır:

“İranda mərkəziyyətçi hərəkatlar qeyri-fars millətlərin hərəkatlarını nə qədər öz içlərində əritmək istəsələr də, bunu bacara bilmədilər. Əl-Əhvaz mərkəzli etirazlar ilə Azərbaycan mərkəzli etirazların mahiyyəti eynidir. İkisi də ayrı-seçkiliyə qarşıdır, etnik zülmə, yox sayılmağa, assimilyasiyaya, iqtisadi olaraq qarət edilməyə və məhv edilməyə qarşı hərəkatlardır.”

İnsanlarımız azadlıq istəyir, ədalət istəyir və bunun ancaq öz əli ilə, öz gücü ilə, öz biləyinin və öz beyninin gücü ilə əldə edəcəyinə inanır.

Mehdilinin dediklərinə görə, “Azərbaycanın Əl-Əhvaz etirazlarına verdiyi dəstək və ya onunla birlikdə səsini ucaltması, bunu göstərdi ki, etnik və milli ayrı-seçkilik və milli zülm artıq bütün siniflər və kəsimlər tərəfində hiss və dərk edilir. İnsanlar bunun fərqindədir və nəyə qarşı durduğunu bilir. Azərbaycan və Əl-Əhvaz eyni zülmə məruz qalıblar və buna qarşı bir cəbhədə durdular. Bu çox böyük bir uğurdur. Onlar demokratik anlamında o mərkəziyyətçi cərəyanlara bir dərs keçdilər. Bir demokratiya dərsi keçdilər.”

Təbriz küçələrində səsləndirilən “azadlıq, ədalət, milli hökümət” şüarını dəyərləndirən Məhsa Mehdili əlavə edir ki, “azadlıq, ədalət, milli hökümət; insanlarımız yavaş yavaş bu üç prinsip üzərində şüur əldə edir. Bu şüar yetkin və nə istədiyini bilən, gələcək üçün sözünü deyə bilən və özüylə, problemləri ilə, habelə qarşısındakı qüvvələr ilə üzləşməyi bilən bir [toplumun] şüarıdır. İnsan haqlarına və insani dəyərlərə dayanan bir şüardır. İnsanlarımız azadlıq istəyir, ədalət istəyir və bunun ancaq öz əli ilə, öz gücü ilə, öz biləyinin və öz beyninin gücü ilə əldə edəcəyinə inanır.”