Şəki Ağır Cinayətlər Məhkəməsi martın 17-də İsmayılı işi üzrə hökm çıxaracaq
Respublikaçı Alternativ (ReAl) Vətəndaş Hərəkatı bəyanatla çıxış edərək, prokurorun İsmayıllı hadisələri üzrə təqsirləndirilən şəxsləri mühakimə etmək çağırışını pisləyib.
Bu iş üzrə, o cümlədən ReAl lideri İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu barəsində hökmün oxunması martın 17-nə təyin edilib.
“Məşhur “İsmayıllı” işi üzrə məhkəmə prosesi başa çatmaq üzrədir, martın 17-də məhkəmə sifarişlə hökmü elan edəcək. Dövlət ittihamçısı təqsirsiz insanların törətmədiyi cinayətlərə görə mühakimə edilməsini istəyir. Belə ki, o, hakimiyyətin siyasi rəqibi olan İlqar Məmmədovu uzunmüddətli həbs cəzasına məhkum etməyi istəyib”, deyə sənəddə bildirilir.
Məhkəmə ittiham hökmü çıxararsa, hərəkat bununla heç vaxt barışmayacaq. “Ukraynada baş verən hadisələr bir daha göstərdi ki, bütün xalqlar ayağa qalxmaq və siyasi rəqiblərini saxta ittihamlarla həbsə atan diktatorları devirmək iqtidarındadır, beynəlxalq ictimaiyyət isə xalqın iradəsini bu şəkildə ifadə etməsini legitim hesab edir”, bəyanatda vurğulanır.
Sənəddə hakimlər Məmmədov, Yaqublu və digər müttəhimlər barədə sifarişli hökm çıxarmamağa çağırılır. “İndi hər şey hakimiyyətdən asılıdır, bu məsuliyyətli anda dialoq üçün imkanlar yaranıb. Bütün siyasi məhbusların azad edilməsi Azərbaycan üçün tarixi şans olardı”, qeyd edilir.