NİDA-çıları müdafiə aksiyasında saxlananlar məhkəməyə gətirilib. Nəsimi rayon məhkəməsinin qarşısında insident – jurnalist döyülüb
Nəsimi məhkəməsi mayın 6-da NİDA-çılara oxunan hökmə etiraz edərkən saxlanılanlar barəsində qərar verməyə başlayıb:
Hacı Zeynallı (Dalğa Gənclər Təşkilatı) – 15 sutka inzibati həbs
Kəmalə Bənənyarlı (AXCP) - 30 sutka
inzibati həbs
Toğrul İbrahim (AXCP) – 600 manat cərimə
Türkel Azərtürk (AXCP) - 400 manat cərimə
Orxan Rüstəmzadə (AGT) – 400 manat cərimə
Müsavat partiyasının üzvləri Tural Abbaslı və Orxan Əyyubzadə, həmçinin NİDA-çı Şəfi Səfiyev ayrı-ayrılıqda inzibati qaydada 15-20 sutka həbs cəzasına məhkum edilib.
NİDA üzvü Rəhman Məmmədli 400, Nicat Məmmədbəyli 400 manat cərimə olunub. AXCP üzvü Rəsul Mürsəlov isə xəbərdarlıq edilərək sərbəst buraxılıb.
***
Mayın 6-da NİDA fəallarının məhkəməsində hökmə etiraz olaraq keçirilən etiraz aksiyası zamanı saxlanan 14 nəfər Nəsimi rayon məhkəməsinə gətirilib.
Məhkəmənin binası polis nəzarətinə götürülüb və çoxsaylı mülki geyimli şəxslər insanları binaya yaxın buraxmır. Həmin şəxslər hətta jurnalistlərə qarşı belə güc tətbiq etməkdən çəkinmir.
Obyektiv televiziyasının əməkdaşı Hüseyn Əzizoğlu fiziki təzyiqə məruz qalıb. Jurnalist Amerikanın Səsinə deyib ki, çəkiliş apardığı zaman mülki geyimli şəxs ona hücum edib, sifətini yumruqlayıb və kürək nahiyəsinə təpikləyib. “Burnum qanayıb, sifətimdə qançırlar var, qabırğa nahiyəmdə kəskin ağrılar hiss edirəm. Eynəyimi və kameramı sındırıblar”, Əzizoğlu bildirib.