Martın 2-də Şəki Apellyasiya Məhkəməsində hakim Rəfael Əliyevin sədrliyi ilə Əfqan Muxtarlının apellyasiya şikayəti üzrə məhkəmə baxışı başlayıb. Şikayətdə Balakəın rayon Məhkəməsinin jurnalisti 6 il həbsə məhkum edən hökmünə xitam və Əfqan Muxtarlıya bəraət verilməsi istənilir. Məhkəmə baxışı qismən məhkəmə istintaqı ilə keçirilir.
Your browser doesn’t support HTML5
Vəkil Nemət Kərimli Amerikanın Səsinə müsahibəsində bildirib ki, jurnalist məhkəməyə ifadəsində Gürcüstandan oğurlanması, Azərbaycan sərhəd-keçid məntəqəsində təhvil verilməsi, cibinə 10 avro pul qoyulması barədə məlumat verib. O hesab edir ki, Azərbaycan hökumətinin sifarişi, Gürcüstan hökumətinin razılığı ilə oğurlanıb.
“Mən Azərbaycan Ordusuna ayrılan maliyyə vəsaitinin mənimsənilməsi, Əliyevlərin Göygölü zəbt etməsi, villaları, ailənin Gürcüstandakı biznes fəaliyyəti haqqında silsilə araşdırmalar aparmışam. Bu səbəbdən hesab edirəm ki, şəxsən İlham Əliyevin göstərişi ilə həbs olunmuşam,” o qeyd edib.
Cinayət işi üzrə Qafur Məmmədov adlı zərərçəkmiş məhkəməyə gəlmədiyindən proses martın 14-dək təxirə salınıb.
Jurnalist Əfqan Muxtarlı 2017- ci il mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etməkdə ittiham olunub.
Mən Azərbaycan Ordusuna ayrılan maliyyə vəsaitinin mənimsənilməsi, Əliyevlərin Göygölü zəbt etməsi, villaları, ailənin Gürcüstandakı biznes fəaliyyəti haqqında silsilə araşdırmalar aparmışam.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıda rəsmi qurumlar iddia edib ki, Əfqan Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.
Bu ilin yanvarında o, məhkəmənin qərarı ilə 6 il həbs cəzası alıb.
Əfqan Muxtarlı ittihamları rədd edərək, Gürcüstandan qaçırılmasını və Azərbaycandakı həbsini "siyasi sifariş" adlandırıb.