Fevralın 8-də Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı sahibkar və həkim, "Lancet" klinikasının təsisçisi Fərman Ceyranlını 6 il azadlıqdan məhrum edib. O, Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci maddəsi (dələduzluq, insan həyatına və saglamlığına təhlükə yaradan məlumatın gizlədilməsi) ilə təqsirli bilinib. Bu barədə Amerikanın Səsinə müsahibəsində Ceyranlının qardaşı Mübariz Hüseynli bildirib.
Your browser doesn’t support HTML5
F.Ceyranlı məhkəmədə deyib ki, siyasi sifarişlə həbs olunub. Müdafiə tərəfi apellyasiya verəcək.
Bundan öncə vəkillər bildiriblər ki, onun həbsi siyasi motivlidir.Onların sözlərinə görə, F.Ceyranlının barəsində çıxarılan qərarlar qanunsuz olub.
F.Ceyranlı istintaqın təqdim etdiyi kimi klinikanın direktoru yox, təsisçisidir. Həkimin hərəkətinə görə təsisçi məsuliyyət daşımır.