Məhkəmə NİDA-çının cəzasını azaldıb

Elgiz Qəhrəman

Ali Məhkəmədə NİDA Hərəkatının həbsdə olan fəalı Elgiz Qəhrəmanın şikayətinə baxılıb.

Vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, məhkəmə fəalın ittiham olunduğu 234.4.3-cü maddəni 234.1-ci maddəyə tövsif edib, cəzası üç ilə endirilib.

E.Qəhrəman 12 avqust 2016-cı ildə böyük ölçüdə narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. 2017-ci il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Mayın 18-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

NİDA hərəkatı Qəhrəmanın həbsinin siyasi motivli olduğunu bildirib, əsl səbəb kimi fəalın Facebook-da ötən il referendumda Azərbaycan Konstitusiyasına təklif edilmiş düzəlişlərlə bağlı istehzalı nəşrini göstərir.