Əfqan Muxtarlının həbs müddəti uzadılıb

Əfqan Muxtarlı

Oktyabrın 13-də Bakının Nəsimi Rayon Məhkəməsi jurnalist Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatəti təmin etməyib. Bu barəədə vəkil Zübeydə Sadıqova bildirib.

Bu gün həm də Nəsimi rayon Məhkəməsi Ə.Muxtarlının həbs müddətinin dekabrın 19-dək uzadılması barədə qərar qəbul edib. Müdafiə tərəfi jurnalistin həbsdə saxlanmasını əsassız sayır.

Əfqan Muxtarlı mayın 29-da Tbilisidə oğurlanaraq Azərbaycana gətirilib. Ona qarşı CM-in üç maddəsilə ittiham irəli sürülüb: 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhəddi qanunsuz keçmək), 206.1 (qaçaqmalçılıq). Ə.Muxtarlı ittihamları rədd edərək həbsinin siyasi sifariş olduğunu bildirib.