Aleksandr Lapşinin cinayət işi üzrə hazırlıq iclası keçirilib [Video]

Your browser doesn’t support HTML5

Aleksandr Lapşinin cinayət işi üzrə hazırlıq iclası keçirilib-vəkillə müsahibə

Blogerin vəkili Eduard Çernin Amerikanın Səsinin suallarını cavablandırıb

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib Məhkəmə baxışı iyunun 30-na təyin edilib.

Aleksandr Lapşin Azərbaycan tərəfinin icazəsi olmadan son illərdə bir neçə dəfə Azərbaycanın ermənilərin nəzarətində olan Dağlıq Qarabağa səfər edib. Bundan sonra o Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən "arzuolunmaz şəxs" kimi tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi

İsrail, Rusiya, Ukrayna vətəndaşı olan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərində ittiham olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilib. Bloger 2016-cı il dekabrın 15-də Belarusun hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib.
A. Lapşin Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.

Bu günki məhkəmə prosesinə insanlar seçmə üsulu ilə buraxılıb. Məhkəmə nəzarətçiləri İsrail, Ukrayna və Rusiya səfirliklərinin nümayəndələrini, bir neçə yerli hüquq müdafiəçisini və bəzi jurnalistləri məhkəmə zalına buraxıb. Nəzarətçilər digər jurnalistləri, o cümlədən Amerikanın Səsinin müxbirini və məhkəmədə iştirak etmək istəyən şəxsləri məhkəmə binasına belə buraxmayıb.

Məhkəmədə Lapşin İsrail, Rusiya və Ukrayna vətəndaşı olduğunu, himayəsində azyaşlı uşağı olduğunu deyib.

O ittiham aktı ilə tanış olub və sonuncu daimi yaşayış yeri İsraildir.

Ukrayna səfirliyinin nümayəndəsi və prosesdə iştirak edən hüquq müdafiəçiləri prosesin qanunauyğun keçirildiyini deyib.

Eduard Çernin

Blogerin vəkili Eduard Çernin məhkəmdə hər hansı vəsatətlə çıxış etmədiyini bildirib.

O Amerikanın Səsinin müxbirinin suallarının cavabında deyib ki, məhkəmə qanun daxilində keçirilir.

Vəkil hansı səbədən həbs qətimkan tədbirnin dəyişrirlməsi ilə bağlı vəsatət verməməsi barədə sualın cavabında deyib: “Səbəb odur ki, həbs qətimkan tədbirnini dəyidirsələr A.Lapşin hara getsin? Azərbaycanda daimi yaşayış yeri yoxdur. Pasportu özündə deyil, qalmağa da yeri yoxdur. Reallıq budur. Heç kim həbsxanada qalmasını istəmir. Ancaq onu buraxsalar, sonra axırı necə olacaq”.

E.Çernin blogerin saxlanma şəraitindən razıdır.

“Saxlanma şəraitindən razıyıq. Şərait yaxşıdır, amma o həbsxanadadır. Səhhətində problem yoxdur. Hər şey yaxşıdır. Həkim nəzarəti var, tibb məntəqəsində qalır”, o qeyd edib.

Vəkil məhkəmənin ədalətli olacağına inanırmı? Sualın cavaında bildirib ki, məhkəmənin ədalətli və ya ədalətsiz olacağı ilə bağlı hələ heç nə deyə bilməz.

“Məhrəmə olsun baxaq. Hələ bu barədə heç nə demirəm”.

Onun sözlərinə görə, Lapşin özünü qismən günahkar bilir.

“O Dağlıq Qarabağda olduğunu təsdiq edir”.

Bəs o peşmançılqı hissi keçirirmi? Bu sualın cavabında E.Çernin deyib ki, Lapşin 126 ölkədə olub.

“O müharibə olan ölkələrdə də olub. Dnestirtyanı bölgədə, Abxaziyada, Suriyada və başqa yerlərdə olub. O deyir ki, marağı var, görmək, bilmək istəyir ki, camaat necə yaşayır. O şərtlə də Qarabağa gedib. Onun Azərbaycana qarşı bir pis fikri olmayıb. Pislik etmək fikri də olmayıb. Ona görə peşmançılıq çəkmir. Lapşin Azərbaycanın ərazi bütövlüyünü tanıyır”, o qeyd edib.

Vəkil hesab edir ki, Lapşinə bəraət verilməlidir.

“Hesab edirəm ki, ona verilən ittihamlara əsas yoxdur. Bəzi səbəblərdən indi açılqama vermirəm. Əsas var, ona məhkəmə bəraət verməlidir”.

Lapşin və vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə onun adının nazirliyin tərtib etdiyi “arzuolunmaz şəxs” siyahısından çıxarılması ilə bağlı müraciət edibmi? - sualının cavabında Çernın deyib ki, hələ müraciət etməyiblər.

“Mən bu suala cavab vermək üçün birinci Lapşinin fikrini soruşmalıyam, sonra cavab verməliyəm. Bəzi məsələlər var, indi mən onunla bağlı açıqlama vermək istəmirəm”.

Vəkil məhkəmnin qapalı keçirilməsinə tərəfdardır. Amma, bununla bağlı vəsatət verməyəcək.

“Bu mənim istəyimdir. Qanunda o məsələ yoxdur. Qanunsuzdursa məhkəmədən niyə xahiş etməliyəm? Məhkəmə ümumi qaydada keçirləcək”, Çernin qeyd edib.