Məhkəmə Əfqan Muxtarlını ev dustaqlığına buraxmayıb

Əfqan Muxtrarlı

İyunun 20-də Bakının Nəsimi Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb.

Vəkil Elçin Sadıqov bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin istintaq qrupunun üzvü Həsən Nağıyev vəsatətə etiraz edib. O bildirib ki, Əfqan Muxtarlı həbsdən buraxılacağı halda ölkədən qaçmaq ehtimalı var.

Məhkəmə vəsatəti təmin etməyib.

Ə.Muxtarlı mayın 29-da Tbilisidə müəmmalı şəkildə yoxa çıxıb və mayın 30-da Bakıda həbs edilib.

O, sərhəddi qanunsuz keçməkdə, qaçaqmalçılıqda, sərhədçiyə müqavimət göstərməkdə ittiham olunur. Jurnalist ittihamları qəbul etmir.

Avropa Parlamenti Ə.Muxtarlının işi üzrə qətnamə qəbul edib və onun azadlığa buraxılmasını tələb edib.