Apellyasiya məhkəməsi Rəsul Cəfərovu ev dustaqlığına buraxmayıb [Video]

Rəsul Cəfərov (Foto Ülvi Həsənlinindir)

Müdafiə tərəfi bu qərardan Apellyasiya Məhkəməsinə şikayət vermək niyyətindədir

Dekabrın 10-da Nəsimi rayon məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatəti təmin etməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Fariz Namazlı bildirib.

Onun sözlərinə görə müdafiə tərəfi bu qərardan Apellyasiya Məhkəməsinə şikayət vermək niyyətindədir.

Rəsul Cəfərov avqustun 8-də 3 ay müddətinə həbs olunub, sonradan – oktyabrın 23-də məhkəmə onun həbs müddətini daha 3 ay uzadıb.

Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Hüquq müdafiəçisi ittihamları rədd edir, bunu özünün fəaliyyəti ilə əlaqələndirir.

Your browser doesn’t support HTML5

Apellyasiya məhkəməsi Rəsul Cəfərovu ev dustaqlığına buraxmadı