Dövlət ittihamçısı mayın 12-də Pərviz Həşimliyə iş istəyəcək [Video]

Your browser doesn’t support HTML5

Vəkil Bəhruz Bayramov

Məhkəmə istintaqı yekunlaşıb
Bağı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin işi üzrə Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclası məhkəmə sənədlərinin araşdırılması mərhələsi ilə davam edib.

Hakim sübutların araşdırlması mərhələsində ekspertiza rəylərini oxuyub.

Bundan sonra hakim cinayət işi üzrə hər hansı dindirilmə, üzləşdirmə, baxış protokolları ilə bağlı sənədlərin elan olunub-olunmamasını soruşub.

Bu zaman təqsiriləndirilən jurnalistin vəkili Bəhruz Bayramov ibtidai istintaq zamanı çəkilən video çəkilişə baxmağı xahiş edib.

Məhkəmə heyəti 17 sentyabr 2013-cü ildə Təvəkkül Qurbanovla Pərviz Həşimlinin üzləşdirmə səhnəsinə baxıb.

Bu zaman jurnalist bu video çəkilşin montaj olunduğunu deyib. Üzünü Təvəkkül Qurbanova tutaraq onun üzünə tüpürüb.

Öz növbəsində hakim jurnalisti məhkəməyə hörmətsizlikdə suçlayıb. Bu zaman Pərvizin yaxınları da Təvəkkül Qurbanovu sərt tənqid edib və buna görə də zalda gərginlik yaşanıb.

Bu zaman hakim qısa müddətə fasilə elan edib.

Fasilədən sonra məhkəmə istintaqı bitmiş elan edilib.

Dövlət ittihamısı Rail İsmayılov çıxış üçün vax istəyib.

Mayın 12-də dövlət ittihamçısı çıxış edəcək.

Öz növbəsində vəkil Bəhruz Bayramov jurnalsitlərə açıqlamasında məhkəmə istintaqı zamanı verilən vəsatətlərin təmin olunmadığını deyərək, istintaqın obyektiv aparılmadığını deyib.

Pərviz Həşimli 17 sentyabr 2013-cü ildə MTN əməkdaşları tərəfindən həbs edilib. Martda həbs müddəti üç ay artırılıb. O Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz silah əldə etmək, saxlamaq) maddələri ilə ittiham olunur. Jurnalist özünü təqsirli bilmir, istintaq zamanı ondan bir sıra vəzifəli şəxslərə qarşı guya müxalifəti maliyyələşdirdikləri barədə ifadə alıblar.

Ondan həmçinin AXCP lideri Əli Kərimliyə qarşı ifadə verməyi tələb ediblər.