“Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinin məhkəməsi başlayır [Videolar] Yenilənir

"Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinin məhkəməsi başlayır

Məhkəmə prosesini izləyənlər arasında olan Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli Amerikanın Səsinə musahibə verib

Your browser doesn’t support HTML5

Cəmil Həsənli: Gənclər məhkəmədə çox sərbəst idiilər

------------
Məhkəməyə buraxılmayan Meydan TV-nin əməkdaşı Aynurə Heydərova təzyiqə məruz qaldığını deyir.

"Öz polisim (məhkəmə nəzarətçisini nəzərdə tutur-red) məni itələyir. Özləri deyir ki, açıq məhkəmə prosesi gedir. Jurnalistlər gəlib ki, məhkəməni çəksinlər. Açıq məhkəmədirsə bizi niyə bu vəziyyətə salırlar?" o bildirib.

Your browser doesn’t support HTML5

NİDA-çıların məhkəməsində jurnalistə təzyiq olub


------------------------------------
Noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə ”Nida” Vətəndaş Hərəkatı və “Azad Gənclik” Təşkilatının həbsdə olan üzvlərinin cinayət işi üzrə məhkəmə prosesləri başlayır.

Amerikanın Səsinin müxbirinin məhkəmədən verdiyi məlumata görə Bakı Ağır Cinayətlər Məhkəməsinin binası çox saylı polis əməkdaşları tərəfindən əhatəyə alınıb.

"Məhkəmə binası qarşısında və binanın arxasında post patrul avtomobilləri dayanıb.

Məhkəmə binası demək olar ki, polislərlə əhatə olunub.

Prosesdə iştirak etmək istəyən 150-dən çox insan hələ ki, prosesin başlayacağı vaxtı gözləyir.

Prosesi izləməyə Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli də gəlib.
Həsənli Amerikanın Səsinə deyib ki, həbsdə olanlargunasız gənclərdir.

"Onlar öz konstitutsiya-vətəndaşlıq borcunu yerinə yetiriblər. Aksiya keçiriblər. Aksiyaya görə adamları tutmaq olmaz”, o qeyd edib.

“NİDA”nın 7 üzvü həbsdədir. Onlara qarşı martın 10-da keçirilən “Əsgər ölümünə son” aksiyası ərəfəsində aksiyada istifadə üçün “Molotov kokteyli” hazırlamaqda ittihamı irəli sürülüb.

Bu ittihama əsasən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

“NİDA” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.

İstintaq dövründə isə onlara qarşı əlavə olaraq cinayət məcəlləsinin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

“Amnesty İnternational” beynəlxalq hüquq təşkilatı bu müttəhimlərin hamısını “vicdan məhbusu” elan edib.

Your browser doesn’t support HTML5

“Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinin məhkəməsi başlayır

Your browser doesn’t support HTML5

Məhkəmə proesinə buraxılmayanlar da var