Keçmiş depuatat ABŞ, ATƏT-in nümayəndələrinin və Mili Şuranın prezidentliyə namizəd Cəmil Həsənlinin məhkəməyə gətirlməsini tələb edir
Oktyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb.
Amerikanın Səsinin müxbirinin məhkəmə zalından verdiyi məlumata görə hazırlıq iclasında Gülər Əhmədovanın vəkili Əfsər Talıbov çıxış edib.
O, müdafiə etdiyi şəxsin cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, yayılan videomateriallar əsassız olduğundan, onların sübutlar siyahısından çıxarılması barədə vəsatətlər verib.
Vəkil eyni zamanda Sevinc Babayevanın ifadələrinin sübutlar siyahısından çıxarılmasını istəyib.
Sonra Gülər Əhmədova çıxış edib.
O, bildirib ki, hüquqları təkcə Azərbaycanda deyil, beynəlxalq səviyyədə də pozulub.
“ ABŞ Dövlət Departamentinin və ATƏT-in hesabatlarında məni cinayətkar kimi elan ediblər. Hansı haqla? Mən terrorçuyam, yoxsa dövlət əhəmiyyətli bir cinayət törətmişəm?” Əl-qolum bağlıdır deyə, adına siyasətçi deyən bir neçə nəfər ağzına gələni danışır. Həbsdə olmasaydım, onların heç biri buna cürət etməzdi. Mən istəyirəm ki,onların nümayəndələri bura gəlsin və mənə izah eləsinlər ki, niyə məni cinayətkar adlandırıblar.
Təqsirsizlik prezumpsiyasının pozulduğunu qeyd edən keçmiş millət vəkili Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin ona mandat alverçisi dediyini xatırladıb.
“Mən Cəmil Həsənli, ABŞ və ATƏT nümayəndələrini burada görmək istəyirəm”, deyə o bildirib.
O,bildirib ki, barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini azyaşlı oğluna görə istəyir.
“Mən hara qaça bilərəm, niyə qaçmalıyam? Əlimdə pasportum da yoxdur. 8 yaşlı oğlum on aydır anasız qapılarda qalıb. Sona kimi mübarizə aparacağam və sübut edəcəyəm ki, məni şərləyiblər. Mənim Sevincdən, Elşaddan imkanlarım heç də az deyil. Elə bilirsiniz, ABŞ-dan, Fransadan sığınacaq ala bilmərəm? İfadə verəndə mənə psixoloji və fiziki təzyiq olunub.
Daha sonra prosesdə Elşad Abdullayevin məhkəməyə ünvanlanmış məktubu elan olunub. Məktubda E. Abdullayev məhkəmədən zərərçəkmiş kimi tanınmasının, ona dəymiş 1 milyon manat ziyanın ödənilməsinin təmin olunmasını istəyib.
Dövlət ittihamçısı Eldar Həmzəyev vəsatətlərə münasibət bildirərkən deyib ki, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət təmin oluna bilməz, çünki Gülər Əhmədova gizlənə, məhkəmədən yayına bilər.
Prokuror deyib ki, videomateriallar ekspertizadan keçirilib və onların montaj edilmədiyi məlum olunub. Bu vəsatətlər də təmin oluna bilməz.
Dövlət ittihamçısı daha sonra deyib ki, Sevinc Babayevanın yerinin məlum edilməsi və ifadəsinin alınması ilə bağlı cəhdlər olsa da, bu, mümkün olmayıb. Prokuror S. Babayevanın G. Əhmədovaya göndərdiyi mesajların sübut kimi qəbul edilməsi barədə vəsatətin baxılmamış saxlanmalı olduğunu bildirib.
Daha sonra Eldar Həmzəyev cinayət işinin məhkəmə baxışına çıxarılmasını xahiş edib.
Prosesin baxış iclası oktyabrın 28-nə təyin olunub.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib.Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
Amerikanın Səsinin müxbirinin məhkəmə zalından verdiyi məlumata görə hazırlıq iclasında Gülər Əhmədovanın vəkili Əfsər Talıbov çıxış edib.
O, müdafiə etdiyi şəxsin cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, yayılan videomateriallar əsassız olduğundan, onların sübutlar siyahısından çıxarılması barədə vəsatətlər verib.
Vəkil eyni zamanda Sevinc Babayevanın ifadələrinin sübutlar siyahısından çıxarılmasını istəyib.
Sonra Gülər Əhmədova çıxış edib.
O, bildirib ki, hüquqları təkcə Azərbaycanda deyil, beynəlxalq səviyyədə də pozulub.
“ ABŞ Dövlət Departamentinin və ATƏT-in hesabatlarında məni cinayətkar kimi elan ediblər. Hansı haqla?
Təqsirsizlik prezumpsiyasının pozulduğunu qeyd edən keçmiş millət vəkili Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin ona mandat alverçisi dediyini xatırladıb.
“Mən Cəmil Həsənli, ABŞ və ATƏT nümayəndələrini burada görmək istəyirəm”, deyə o bildirib.
O,bildirib ki, barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini azyaşlı oğluna görə istəyir.
Mən hara qaça bilərəm, niyə qaçmalıyam?