O,9 il azadlıqdan məhrum edilib
Sentyabrın 11-də Ali məhkəmədə hazırda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının kassasiya şikayətinə baxılıb.
Baş redaktor Bakı Ağır Cinayətlər Məhkəməsinin onu uzun müddətə azadlıqdan məhrumetmə qərarını ədalətdən uzaq adlandırır.
Ə. Zeynallının vəkili Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, Ali Məhkəmə jurnalistin kasasiya şikayətini təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin 13 may 2013-cü il tarixli qərarını qüvvədə saxlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2012-ci il martında Ə.Zeynallını Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə 9 il azadlıqdan məhrum edib
“Xural” qəzetinin baş redaktoru Ə.Zeynallı Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib.