Apellyasiya məhkəməsi Trampın sərəncamına qarşı qərarı qüvvədə saxladı

Təhlükəsizlik zabitləri 9-cu Appelyasiya Məhkəmə Dairəsinin binası qarşısında dayanıblar. San Fransisko. 9 fevral, 2017.

San Fransiskoda qərargahlanan 9-cu ABŞ Federal Məhkəmə Dairəsinin üç hakimdən ibarət paneli yekdilliklə aşağı instansiya məhkəməsinin Prezident Donald Trampın ölkəyə daxil olmağa qadağa tətbiq edən sərəncamını dayandırması haqda qərarını qüvvədə saxlayıb.

Məhkəmə qərarının ardınca Ədliyyə Departamenti "qərarı və öz seçimlərini nəzərdən keçirdiyini” bildirib.

Bir tərəfdən cəmiyyətin milli təhlükəsizliyi və prezidentin buna uyğun siyasət yürütməsini təmin etməkdə güclü marağı var. Digər tərəfdən cəmiyyətin sərbəst səyahət, ailələrin ayrılmamasını, və diskriminasiyadan azad olmasında marağı var.

Öz hökmündə apellyasiya məhkəməsi bəyan edib ki, hökumət sərəncamın dərhal qüvvəyə minməsinə olan ehtiyacı izah etmək üçün dəlil təqdim etməyib.

Hakimlər hər iki tərəfdə ictimai maraqların olduğunu qeyd edib. “Bir tərəfdən cəmiyyətin milli təhlükəsizliyi və prezidentin buna uyğun siyasət yürütməsini təmin etməkdə güclü marağı var,” qərarda deyilir. “Digər tərəfdən cəmiyyətin sərbəst səyahət, ailələrin ayrılmamasını və diskriminasiyadan azad olmasında marağı var.”

Məhkəmə paneli hesab etdiyini bildirib ki, hökumət appelyasiya şikayətində sərəncamın qüvvədə olmamasının böyükziyan vracağını sübut edə bilməyib.

Məhkəmə qərarına reaksiya verən Donald Tramp Tvitterdə yazıb “Sizlə məhkəmədə görüşərik. Millətimizin təhlükəsizliyi ortadadır.”

Trampın tvitinə cavab verən və sərəncama qarşı çıxan ştatlardan biri olan Vaşinqton ştatının Demokrat qubernatoru Cey İnsli yazıb: “Cənab prezident, biz elə indicə sizi məhkəmədə gördük və sizi məğlub etdik.”

Ötən həftə Vaşinqton və Minnesota ştatlarının məhkəməyə müraciət etməsinin ardınca Siettldə Dairə Hakimi Ceyms Robart müvəqqəti olaraq sərəncamın qüvvəsini dondurdu.

Hakim Ceyms Robart Prezident Trampın sərəncamını qüvvədən salan hakim olub.

Robartın hökmündən sonra Tvitterdə qəzəbli reaksiya verən Donald Tramp Robartı “özünü hakim adlandıran” şəxs kimi təsvir edərək onun qərarının ölkəyə "çoxlu pis və təhlükəli adamların” axışacağına şərait yaradacağını yazmışdı.