Dmitri Medvedev: Gürcüstanla münasibətlər Saakaşvili gedəndən sonra düzələ bilər

Rusiyanın baş naziri Dmitri Medvedev Gürcüstan-Rusiya münasibətlərinin gələcəyinə nikbin yanaşır. Baş nazirin dediyinə görə, Gürcüstan hakimiyyətində dəyişikliklər “praqmatik fikirli insanlar”ın səhnəyə gəlişinə səbəb olub ki, bu da geriyə dönüşü qeyri-mümkün edir. Cənab Medvedev bunları Gürcüstan-Rusiya müharibəsinin 5-ci ildönümü münasibətilə etdiyi çıxışda deyib. “Birlisinizmi, mən bu mənada büsbütün nikbinəm. Mən əminəm ki, hər şey yaxşı olacaq. Bizim xalqlar küsülü deyil. Təəssüflər olsun ki, bu münaqişə anlaşmaya mane olur. Lakin mən bir daha təkrar edirəm, bu, xalqların arasında dərin düşmənçilik yoxdur, bu, bəzi dövlət başçılarının səhvi idi və sonradan zorakılıqlarla nəticələndi” - deyə, cənab Medvedev “Russia Today” telekanalına müsahibəsində bildirib.

“Ölkənin siyasi sistemində baş verən dəyişikliklər dövlət konstitusiyasında da dəyişikliklərə səbəb olub ki, bu da bizi sevindirir,” - deyə, cənab Medevdev davam edib.

Gürcüstanın yeni hökumətinin nümayəndələri də Rusiya ilə münasibətlərdə praqmatizmə meyl edir. Onların dediyinə görə, praqmatizm Rusiya Federasiyası ilə yeni mədəni və iqtisadi əlaqələrin qurulmasında, bir çox məsələlərdə ortaq razılığa gəlinə bilinməsindədir.

Bu arada isə Bidzina İvanişvili hökuməti və elə baş nazirin özü də Rusiyanın Abxaziya və Cənubi Asetiyanın müstəqilliyini tanıması Tbilisi üçün qəbuledilməz olduğunu bildirib. İvanişvili hökuməti Suxumi və Tsxinvalidəki Rusiya səfirlikləri bağlanmayanadək Moskva ilə diplomatik əlaqələrin bərpa edilməyəcəyini deyib.

Cənab Medvedev də öz növbəsində Rusiya Federasiyasının Gürcüstanla diplomatik münasibətləri müəyyən şərtlər daxilində bərpa etməyə hazır olduğunu bildirib. “Biz münasibətləri müəyyən şərtlərlər daxilində bərpa edə bilərik və bu şərtlər sadədir, baş verənlərlə razılaşmaq. Ola bilsin ki, bu, çətin bir yol olacaq. Bu hadisələr bizim münasibətlərimizin ən kədərli səhifələridir. Saakaşvili və bəzilərinin siyasi arenadan yox olmaları ilə buna da son qoyulacaq.”

Cənab Medvedev Gürcüstanla müharibənin başlanması səbəbindən də danışıb: “Gürcüstan ordusuna hücum etmək əmri mənim həyatımda ən ağır qərar idi,” - deyə, o, bu addımı ürək ağrısı ilə atdığını vurğulayıb.

Cənab Medvedev son dəqiqəyə qədər məsələnin hərbi müdaxilə olmadan həll edilə biləcəyinə ümid etsə də, Rusiya silahlı qüvvələri komandanlığının son məlumatlarının onu belə bir əməliyyatın həyata keçirilməsinə məcbur etdiyini deyib.

O vaxt Rusiyanın baş naziri Vladimir Putin 2008-ci ildə Çində keçirilən Olimpiya Oyunlarında olduğu üçün Dmitri Medvedev bu qərarı təkbaşına qəbul etməli olduğunu söyləyib.