Kaliforniya xəstəxanaları Ukraynaya tonlarla tibbi ləvazimat göndərir

Your browser doesn’t support HTML5

Kaliforniya xəstəxanaları Ukraynaya tonlarla tibbi ləvazimat göndərir

Kaliforniya ştatının cənubundakı bir çox xəstəxana Ukraynaya tonlarla tibbi ləvazimat göndərir. Los Ancelesdə qərargahlanan “Ukraynanın Yanında Ol” fondu ştat boyu xəstəxanaları müharibənin getdiyi ölkəyə yardım etmək üçün bir araya gətirib.

Travma, cərrahiyyə və reanimasiya şöbələri üçün avadanlıq - Kaliforniyanın Los-Anceles şəhərində “Ukraynanın Yanında Ol” fondunun könüllüləri ümumilikdə təxminən on tona yaxın tibbi ləvazimat və avadanlıq toplayıblar. Könüllülər arasında amerikalı onkoloq və əslən Ukraynadan olan immiqrant Mikola Onişenko da var.

“Burada yaraları sağaltmaq üçün çox sayda ləvazimatlarımız, venadaxili tətbiq üçün dərmanlar, damcılar, həmçinin xəstələr üçün şprislər, turniketlər və örtüklər var,” o deyir.

Los Anceles və Kaliforniyanın cənubundakəı digər bölgələrdən altı nəhəng tibb mərkəzi Ukraynaya tibbi avadanlıqlar ianə ediblər.

“Biz hər şeyi müxtəlif qutulara qoyuruq, bizdə İctimai Sağlamlıq Nazirliyindən məktublar var, ona görə də biz Ukraynada insanların həqiqətən nəyə ehtiyaclarının olub-olmadığını bilirik. Biz ehtiyac olanlara prioritet verməyə çalışırıq,” Mikola deyir.

Bütün qutuların üzərlərinə nömrələr yazılıb və yaxında könüllülər onları xüsusi yük təyyarələrinə yükləyəcəklər. Onlar özləri deyir ki, tibb müəssisələrindən reaksiyanın bu qədər təsirli olacağını gözləmirdilər. Onlar ilk ianə dalğasından sonra, onlara yardım edəcək daha çox könüllü cəlb etməli oldular. Və onlara Ukrayna və ABŞ-dan, Rusiya və Belarusdan çox sayda insan yardım etmək istədi.

“Çox sayda müxtəlif insanlar yardım edir. Onlar bura ona görə gəlirlər ki, onlar biz hər şeyi Ukraynaya göndərmədən öncə ianələri və qutuları düzəldib, yerinə qoymaq istəyirlər,” könüllü Bohdan Kalyanov deyir.

Ukraynada çox dəyərli olan tibbi ləvazimat ianələri müxtəlif xeyriyyə təşkilatlarına ötürülür ki, onlar da onları paylayıb, birbaşa cəbhə bölgəsinə yaxın dövlət xəstəxanalarına və ya hərbi hospitallara göndərirlər.

“Ukraynanın Yanında Ol – Los Anceles” xeyriyyə fondunun təmsəsisçisi Mixailo Lavris deyir ki, bundan sonra hələ daha çox humanitar yardım olacaq. Hazırda fond ölkənin ən böyük tibbi mərkəzi olan Ronald Reyqan adına UCLA Tibbi Mərkəzi ilə Ukraynaya tibbi avadanlıq cə dərmanlar göndərməklə bağlı danışıqlar aparır.

“Bizə bu yaxınlarda Ukraynanın Səhiyyə Nazirliyində müəyyən tibbi avadanlıq və dərmanlar üçün istək gəlib. Bundan əlavə biz Ukrayna Konsulluğu ilə işləyirik. Ronald Reyqan adına UCLA Tibbi Mərkəzi bizimlə əlaqə saxlayıb və məmnuniyyətlə bizi istədiyimiz, bizdə olmayan hər şeylə təmin edib,” o deyir.

İçində dəyərli yükün olduğu təyyarənin may ayının ortalarında Ukraynaya yola düşməsi planlaşdırılıb.