Əfqan Sadıqovun saxlanıldığı bildirilir

Əfqan Sadıqov

İyulun 6-da Azel.tv saytının rəhbəri Əfqan Sadıqov Cəlilabad rayonunda saxlnılıb. Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib ki, Əfqan Sadıqov polislər tərəfindən saxlanılıb və Bakıya, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını güman edir.

Eyni zamanda Sevinc Sadıqova deyib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən həyat yoldaşının orada olmadığını bildiriiblər.

“Əfqanın harada saxlanıldığı barədə məlumat ala bilmirirk”, o qeyd edib.

Sadıqova jurnalistin saxlanılmasının səbəbini ictimai fəal olması ilə izah edib.

Rəsmi qurumlar jurnalsitin saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

Əfqan Sadıqlı bundan öncə də bir il yarım həbsdə olub. O bu il mayın 23-də azadlığa buraxılıb. O həbsdən buraxıldıqdan sonra qəbiristanlığa gedərək simvolik olaraq özü üçün qəbir qazıb və sosial şəbəkələrdə indiki rejimə qarşı sonadək mübarizə aparacağını bəyan etdiyi əks olunmuş video müraciətini yayıb.

Belə ki, Ə.Sadıqov 2016-cı il noyabrın 22-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilib. Ancaq redaktor ittihamı qəbul etməyib, işi qurama sayıb.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsi Əfqan Sadıqovu 2 il yarım azadlıqdan məhrum edib.

2017-ci ilin noyabrında Ali Məhkəmə Əfqan Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb.

2017-ci ilin dekabrında Cəlilabad rayonunun keçmiş, Bakının Yasamal rayonunun indiki icra hakimiyyəti başçısı Əziz Əzizov diffamasiya iddiası qaldıraraqjurnalisti ona qarşı böhtan yaymaqda ittiham edib. Lakin sonradan Əziz Əzizov Sadıqova qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürüb.