Dövlət katibi: ABŞ azad mətbuatın inkişafı və müdafiəsi öhdəliyinə sadiqdir

N

ABŞ dövlət katibi Mayk Pompeo Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasının 25-ci ildönümündə ABŞ demokratiyanın əsas sütunu olan azad mətbuatın inkişafı və müdafiəsinə dair öhdəliyinə sadiqdir.

“Birləşmiş Ştatlar demokratik dövlət idarəçiliyinin vacib komponenti olan media azadlığını qiymətləndirir. Azad mətbuatın inkişafı vətəndaşlara daha məlumatlı və siyası qərar verilmə prosesində daha fəal olmağa və öz hökumətlərini daha məsuliyyətli etməyə imkan verir.

Bu gün biz hərdən böyük risklərlə məruz qalaraq həyatlarını şəffaflığın və məsuliyyət hissinin inkişafı və artırılmasına həsr edən jurnalist və mətbuat orqanlarına hörmətimizi bildiririk”, dövlət katibi qeyd edib.