"Birinci növbədə mənə dəstək verən Azərbaycan ictimaiyyətinə təşəkkür edirəm. O qüvvələr ki, bizə inanırdılar, bizə dəstək verirdilər. Bu gün o dəstəyi mən gördüm - mən və Turan agentliyi."
Bu sözləri Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev azadlığa çıxdığı zaman jurnalistlərə verdiyi ilk açıqlamada deyib.
O, açıqlamasında ona dəstək verən xarici dövlətlərə, beynəlxalq təşkilatlara minnətdarlığını bildirib.
"Ümumilikdə mən ailəmə öz minnətdarlığımı bildirirəm ki, onlar yetəri qədər özlərini güclü apardılar və bu mənim üçün çox vacib idi. Və mənlə bir kamerada olan dostlarıma minnətdaram ki, onlar kifayət qədər mənə hörmətlə yanaşırdılar. Bu da çox vacib idi.
Hakimiyyətin rəsmi orqanı olan "Azərbaycan" qəzeti bir neçə gün öncə yaydığı redaksiya məqaləsində "anti-milli ünsür" kimi təsvir olunan Mehman Əliyevin həbsini Qərbə qarşı "preventiv tədbir" kimi qiymətləndirmişdi.
Mən ümidvaram ki, bu öz məntiqi nəticəsini tapacaq. Turan agentliyinə qaldırılan cinayət işi, ittihamlar təsdiqini tapmayacaq. Biz bu araşdırmada aktiv iştirak edirik. İstintaqdan yayınmırıq. Bütün lazımı sənədləri tam istintaqa təqdim etmişik, ifadə vermişik, proses davam edir. Vəziyyət aşkar olunacaq və bu proses bağlanacaq.
Mənim müraciətlərim var idi, ölkə prezdentinə müraciət olunmuşdu. O müraciətdə mən Turanın yaranması, jurnalistika sahəsindəki 30 illlik fəaliyyətim, Azərbaycanda müstəqil , mötəbər jurnalistikanın qurulmasında iştirakım və mənə qarşı qaldırılan cinayət işi barədə yazaraq qeyd etdim ki, istintaq başlayan dövrdən etibarən mən bu işdən yayınmamışam.Tam aktiv şəkildə istintaqla təmasda olmuşam. Və bunu nəzərə alaraq, xahiş etmişdim ki, həbs qətimkan tədbiri dəyişdirilsin. Bu bir, bu gün də bir məktub yazdım yasamal rayon məhkəməsinin sədrinə .Orda da bu məsələri vurğuladım," deyə o bildirib.
Your browser doesn’t support HTML5
Yasamal məhkəməsinin bu gün keçirilmiş iclasında Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində həbs qətimkan qərarı dəyişdirilib.
O, saxlandığı zamanı ona normal münasibət göstərildiyini də qeyd edib.
Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.
Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.
Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.
Turan İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən vaxtadək dayandırmaq məcburiyyətindədirlər.
Avqustun 28-də Turan İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar.
Beynəlxalq təşkilatlar Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıb.
ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsinə çağırıb. Az sonra Senator Riçard Durbin Mehman Əliyevin həbsində iştirak etmiş Azərbaycan rəsmilərinə qarşı viza sanksiyaları barədə təkliflə çıxış edib.
Sentyabrın 11-i prezidentin köməkçisi Əli Həsənov da bildirmişdi ki, prezident İ.Əliyev “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılmasından ötrü aidiyyəti orqanlara tapşırıq verib.
Your browser doesn’t support HTML5
Your browser doesn’t support HTML5
Mehman Əliyevin azadlığa çıxmasına reaksiya verən Avropa Şurası sözçüsü Turan informasiya agentliyi direktoruna qarşı bütün ittihamların geri götürülməsinə çağırıb.
Əliyevin həbsindən sonra Avropa Şurası baş katibi Thorbjorn Yaqland rəsmi Bakını Avropa İnsan Haqları Konvensiyası qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırmışdı. O, İlham Əliyev hökumətini ölkədə jurnalistlərin və media mənsublarının sərbəst fəaliyyətinə şərait yaratmağa səsləmişdi.
Azərbaycanda müstəqil jurnalistlər tez-tez vergidən yayınma, səlahiyyətləri aşma, xuliqanlıq və başqa növ qeyri-siyasi ittihamlarla həbs olunurlar. İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanda onlarla müstəqil jurnalist bu növ ittihamlarla həbs olunub.
Azərbaycan rəsmiləri hakimiyyətə qarşı tənqidi mövqe sərgiləyən jurnalistləri "Qərbin 5-ci kolonu" olmaqda, ölkədə insan haqları və korrupsiya ilə bağlı açıqlamalar verən Qərb jurnalistlərini və insan haqları müdafiəçilərini "ermənipərəst"-likdə ititham edir.
Hakimiyyətin rəsmi orqanı olan "Azərbaycan" qəzeti bir neçə gün öncə dərc etdiyi redaksiya məqaləsində "anti-milli ünsür" kimi təsvir olunan Mehman Əliyevin həbsini Qərbə qarşı "preventiv tədbir" kimi qiymətləndirmişdi.
Azərbaycan rəsmiləri hakimiyyətə qarşı tənqidi mövqe sərgiləyən jurnalistləri "Qərbin 5-ci kolonu" olmaqda, ölkədə insan haqları və korrupsiya ilə bağlı açıqlamalar verən Qərb jurnalistlərini və insan haqları müdafiəçilərini "ermənipərəst"-likdə ititham edir.
Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanı dünyanın ən çox senzura edilən ölkələrindən biri kimi qiymətləndirib.