"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin həbsilə bağlı avqustun 26-da Müsavat Partiyasının Qərargahında ictimaiyyət təmsilçilərinin toplantısı keçirilib.
"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı M.Əliyevin həbsini "hamını bir yer toplayan şəxsin həbsi" kimi dəyərləndirib və onun fikrincə, bu həbs ölkədə bütünlükdə durumun pis olması kimi gösətricisidir:
"Bu "qırmızı xətt"in keçməsidir və hakimiyyətə olan qüvvələrdən heç biri "Mehmanı biz həbs etdik" məsuliyyətini öz üzərinə götürmür. M.Əliyev dünya çapında tanınan şəxsdir, onun həbsilə hakimiyyət azd sözə meydan vermək istəməməsini ortaya qoyub", Ə.Zeynallı bildirib.
Ə.Zeynallı M.Əliyevin müdafiəsini ona layiq şəkildə qurmağı əsas məsələ saydığını və bu müdafiənin M.Əliyevin azadlığa çıxması ilə başa çatmalı olmasını xüsusi vurğulayıb.
"Mən təklif edirəm ki, ölkənin demokratik ictimaiyyətinə ünvanlanan bəyanat qəbul edilsin" .Bunu isə Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib.
İ.Qəmbər M.Əliyevin Azərbaycan cəmiyyəti üçün əhəmiyyətinin böyük olduğunu deyərək onu müdafiə edən qurumun ilk hədəfinin M.Əliyevin azadlığa çıxmalı olmasını vurğulayıb.
İ.Qəmbərə görə, M.Əlievin həbsinin əsas motivi rəsmi Bakının onun yeganə müstəqil informasiya qurumunun rəhbəri olması ilə barışmamasıdır: "Əsas məqsəd azad sözü boğmaqdır ki, bu da ölkədə durumun ağırlaşmasından xəbər verir".
MSDM rəhbəri deyib ki, son vaxtlar Qərb Azərbaycan hakimiyyətilə danışmırdı, indi M.Əliyevi həbs etməklə Azərbaycan hakimiyyəti Qərblə danışmaq istəyir,Qərb isə bu hakimiyyətlə danışacaq, amma əvvəlki illərdə olduğu kimi "bazarlaşma"aparmayacaq.
AXCP sədri Əli Kərimli hesab edir ki, bu həbslə rəsmi Bakı xalqa mesaj verib ki, bu ölkədə müstəqil mətbuata yer yoxdur, cəmiyyəti qorxudur ki, hətta dünya çapında tanınan şəxsi də həbs edirik, həm də Avropaya meydan oxuyur: "Burada söhbət təkcə M.Əliyevdən və ya mediadan getmir. Bütünlükdə xalq imthana çəkilir. Hakimiyyətin sitemli savaşaı nəticəsində müxalifət kifayət qədər zəifləyib, azad medianın kökü qazılır, xalq da düşünür ki, onu bir neçə müxalif qüvvə və ziyalı xilsa edəcək. Amma ümumxalq hərəktı olmayınca ölkə və xalq xilas ola bilməyəcək və hamı bu hərəkata qoşulmalıdır. Çünki, bu bütün xalqın taleyidir.
Müsavat Partiyasının başqanı Arif Hacılı isə çıxış yolunu mövcud müxalif qüvvələrin gücləri konsolidasiya etməsində gördüyünü xüsusi olaraq önə çəkdi.
A.Hacılı partiyaların ayrı-ayrılıqda mübarizəsinin səmərə vermədiyini deyərək gücləri birləşdirməyi təklif edib.
Tədbirdə çıxş edən digər natiqlər həm M.Əliyevin həbsini, həm ölkədəki ictimai-siyasi durumu tənqid etdilər.
Tədbirdə qərara alındı ki, M.Əliyevin hüquqlarını Müdafiə Komitəsi avqustun 28-də toplansın və komitənin tərkibi açıqlansın.
Xatırladaq ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamenti M.Əliyevə vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadə ittihamları irəli sürüb. Avqustun 25-də Yasamal Rayon məhkməsini qərarı ilə M.Əliyev barəsində 3 ay müddətinə həbs qət-imkan tədbiri seçilib.