Jurnalist Kamran Mahmudov yerli vaxtla saat 12.10-da azad buraxılıb. Bu barədə onun özü Amerikanın Səsinə müsahibəsində bildirib.
Your browser doesn’t support HTML5
Jurnalistə məlum olub ki, bu il aprelin 27-də Daxili İşlər Nazirliyi tərəfindən onunla bağlı “saxla” əmri qoyulub.
“Mən hansı səbəbdən ölkədən çıxışıma “stop” qoyulduğunu bilmirəm. Məhkəməyə müraciət edəcəm”.
Jurnalist Dövlət Sərhəd Xidmətində və polis şöbəsində onunla normal davranıldığını, hər hansı təzyiqə məruz qalmadığını deyib.
“Üzərimdən götürdükləri sənədlərimi, 127 manat pulumu və digər əşyalarımın hamsısnı qaytardılar”, o qeyd edib.
Jurnalist Kamran Mahmudov iyunun 22-də səhər saatlarında Azərbaycan-Gürcüstan sərhədində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılıb. Bu barədə onunla birgə olan vəkil Cavid Rzazadə Amerikanın Səsinə müsahibəsində bildirib.
Your browser doesn’t support HTML5
Vəkilin dediyinə görə, Sərhəd Xidmətində jurnalistə polis tərəfindən axtarışda olduğu deyilib.
“Sonra polis gəldi və Mahmudovu Qazax rayon Polis Şöbəsinə gətirdilər. Orada dedilər ki, üzərinə baxış keçiriləcək. Əvvəlcə mən Kamranla birgə polis şöbəsində idim. Lakin sonradan məni polis şöbəsindən çıxardılar. İndi saat 11-ə işləyib, hələ də məni içəri buraxmırlar”, vəkil qeyd edib.
Qazax rayon Polis Şöbəsinin növbətçi hissəsindən Kamran Mahmudovun polisdə saxlanıldığını Amerikanın Səsinə təsdiq ediblər.
“Mahmudovu Dövlət Sərhəd Xidməti saxlayıb. Ona görə də Sərhəd Xidmətindən məlumat gözləyirik. Ona sərhəddən buraxılmamaqla bağlı “stop” qoyulub”, növbətçi bildirib.
Kamran Mahmudov ANS televizyasında, “Azadlıq” radiousnda, Kanal 13 İnternet televiyasında işləyib. Hazırda jurnalist Toplum TV internet televiziyaslına işləyir.