Bakı Apellyasiya Məhkəməsi jurnalistin ölkədən çıxışına icazə vermədi

Baş Prokurorluğun Ağır cinayətlərə dair İstintaq İdarəsinin qərarı ilə jurnalistin ölkədən çıxışı yasaqlanıb.

Avqustun 4-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Aytən Fərhadovanın ölkədən çıxışına qoyulan qadağa ilə bağlı şikayətinə baxılıb.

Jurnalistin vəkili Fariz Namazlının Meydan Tv-yə verdiyi məlumata görə , hakim Qədim Babayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Nəsimi rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Vəkil bildirib ki, ittiham tərəfi məhkəmə prosesində iştirak etməyib.

İyulun 26-da Nəsimi rayon məhkəməsi jurnalistin ölkədən çıxışına qoyulan qadaga ilə bağlı şikayətini icraata götürməkdən imtina edib.

A.Fərhadova sentyabrın 20-də Ukraynadan qayıdarkən Hava Limanında saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair İstintaq İdarəsinin qərarı ilə jurnalistin ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, jurnalist Aytən Fərhadovadan başqa, Meydan TV-nin bir neçə jurnalistin ölkədən çıxışına da qadağa tətbiq edilib.