Aprelin 15-də Ali Məhkəmə "Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Seymur Həzinin kassasiya şikayətini təmin etməyib.
Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Jurnalistin vəkili Adil İsmayılov kassasiya şikayətində Seymur Həzi barədə aşağı instansiya məhkəmələrinin hökm və qərarlarının ləğvini, jurnalistə qarşı cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
"Azərbaycan saatı" televiziya proqramının və "Azadlıq" qəzetinin əməkdaşı olan Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Məhərrəm Həsənov adlı şəxsə xəsarət yetirməkdə ittiham olunan jurnalist Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.
Hazırda 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Seymur Həzi ittihamı rədd edir və hökuməti tənqid edən yazılarına, çıxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.
Your browser doesn’t support HTML5