Sumqayıt Apellyasiya Məhkəməsi Seymur Həzini həbsdə saxladı

Seymur Həzi

Sumqayıt Apellyasiya Məhkəməsi sentyabrın 29-da jurnalist Seymur Həzi barəsində hökmü qüvvədə saxlayıb.

Seymur Həzi 2015-ci il yanvarın 29-da Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il, Məhərrəm Həsənov isə 6 ay azadlıqdan məhrum edilib.

Rəsmi məlumata görə, jurnalist 2014-cü il avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla aralarında yaranmış mübahisə zəminində həbs edilib. Abşeron rayon Polis Şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Seymur Həzi ittihamı rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.