Apellyasiya məhkəməsi Xədicə İsmayılı həbsdə saxlayıb [Video]

Jurnalist Xədicə İsmayıl

Apellyasiya şikayəti Səbayel Rayon Məhkəməsinin onun barəsində çıxardığı 2 aylıq həbs qətimkan tədbirindən verilib

Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə “Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın apellyasiya şikayətinə baxılıb.

Apellyasiya şikayəti Səbayel Rayon Məhkəməsinin onun barəsində çıxardığı 2 aylıq həbs qətimkan tədbirindən verilib.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə hakim apellyasiya şikayətini təmin etməyib.Birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Prosesə Xədicə İsmayılın özü də gətirilib.O, məhkəmə zalında həbsinin gözlənilən oluğunu deyib.

X. İsmayıla qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) ittiham irəli sürülüb. O, jurnalist Tural Mustafayevin ərizəsi əsasında həbs olunub.

X.İsmayıla ittihamı qəbul etmir və həbsini peşə fəaliyyəti ilə izah edir.

Your browser doesn’t support HTML5

Apellyasiya məhkəməsi Xədicə İsmayılı həbsdə saxlayıb [Video]