Azərbaycanda kütləvi informasiya vasitələri haqqında qanun sərtləşəcək?

Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanunu üçüncü oxunuşda qəbul edib

Layihə dekabrın 16-da Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq

Azərbaycanda kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması hallarında müvafiq dəyişikliklər ediləcək.

Trend-ın məlumatına görə, “Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən yeni dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsi (KİV) artıq məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq.

Hazırkı qanunda isə iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.

Sözügedən dəyişikliyin edilməsi barədə qanun layihəsi Milli Məclisə Azərbaycan prezidenti tərəfindən təqdim edilib.

Layihə dekabrın 16-da Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.