Mehman Hüseynov: Mən artıq hüquqi şəxs sayılmıram [Audio]

Mehman Hüseynov

Bloger polisə aparılıb, lakin daha sonra sərbəst buraxılıb

Your browser doesn’t support HTML5

Mehman Hüseynov: Mən artıq hüquqi şəxs sayılmıram

Dekabrın 1-də günorta saatlarında bloger Mehman Hüseynov yenidən polisə aparılıb, lakin daha sonra sərbəst buraxılıb.

Mehman Hüseynov bildirib ki, şəxsiyyət vəsiqəsini ASAN-xidmətindən ala bilməyib.

Səbəb kimi sənədlərinin saxta olması göstərilib.

Pasportundan sonra şəxsiyyət vəsiqəsinə stop qoyulub.

Öz növbəsində DİN mətbuat xidmətindən faktı araşdıracaqlarını bildiriblər.

2012-ci il iyunun 6-da Səbael Rayon Polis İdarəsinin istintaq şöbəsində Mehman Hüseynova qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanıb. O, həmin il mayın 21-də İctimai Palatanın Bakı meriyası qarşısında keçirdiyi razılaşdırılmamış aksiyada polis əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunur.Bloger 12-də tutulub, iyunun 13-də sərbəst buraxılıb və ona ölkəni tərk etmək qadağası qoyulub.

Mehman Hüseynov sonuncu dəfə noyabrın 10-da ATƏT-in konfransında iştirak üçün Tbilisiyə yola düşərkən hava linaında saxlanılıb.

Ona ilk öncə pasportunda problem olduğu deyilib və sonra Hava Nəqliyyatında Polis İdarəsinə aparılıb.

İki gün əvvəl isə Mehman Hüseynov xarici pasportu ilə bağlı hər hansı problemin olmadığı barədə Daxili İşlər Nazirliyindən arayış alıb.