Pew Araşdırma Mərkəzi bildirir ki, müxbirlərin işdən kənarlaşdırılması və ya tədbirlərin işıqlandırılmasına daha az vəsait xərclənməsinə görə, insanlar müəyyən xəbər kanallarına daha az müraciət edir.
Rəy sorğularının nəticəsi göstərib ki, oxucuların üçdə bir hissəsi məlumatların əvvəlki kimi çatdırılmamasından şikayətlənərək, xəbər oxumadıqlarını deyib.
Mərkəzin hesabatında bildirilir ki, iş ixtisarlarının maddi təsirləri səbəbi ilə xəbər proqramları daha az və daha qısa reportajlar hazırlayır.
Pew Araşdırma Mərkəzinin bildirdiyinə görə, CNN kimi tele-kanalların gündəlik xəbərlərdənsə, müsahibələrə üstünlük verməsi daha gənc tamaşaçıların televiziyaya baxmaqdan imtina etməsinə yol açıb. 2006-cı ildə 42 faiz təşkil edən 30 yaşından aşağı tamaşaçı göstəricisi hazırda 28 faizə enib.
Hesabatda bildirilir ki, xəbər agentliklərinin xarici bürolarını bağlaması, dövlət təsisatlarında çalışan müxbirlərini ixtisar etməsinə görə Amerikada qəzet oxucuları və televiziya tamaşaçılarının sayı azalıb.
Lakin eyni zamanda online xəbərlərə müraciət edənlərin sayı artmaqdadır.