Bakıda Amerikanın Azərbaycandakı Səfirliyi Bakı Caz Festivalında iştirak etmək üçün Amerikanın Kennedy Administration caz qrupunun 27-30 oktyabr tarixlərində Bakıya səfərinə dəstək verib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, qrupun Azərbaycana səfəri müddətində ABŞ səfirliyi Kennedy Administration caz qrupunun tələbələr, yerli musiqiçilərlə məşğələ və musiqi sintezi görüşməsini təşkil edir.
ABŞ səfiri Robert Sekuta görüşdə iştirak edib və iştirakçılarla ünsiyyətdə olub. O qeyd edib ki, caz musiqisinin doğum yeri ABŞ olsa da, janr inkişaf edərək qlobal musiqi janrına çevrilib və dünyanın müxtəlif yerindən olan musiqiçiləri bir araya gətirir. Caz ifası və onun ətrafında olan müzakirələr multikulturalizm, inteqrasiya və özünüifadə mövzusunda dialoqu təşviq edir.
Kennedy Administration Bakı Caz Festivalı çərçivəsində 28 oktyabr tarixində konsertlə çıxış edib.