Alim Qasımov Nyu-Yorkda konsert verəcək

Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova konsert vermək üçün ABŞ-a gedib.

Report agentliyi xəbər verir ki, onlar artıq "Leyli və Məcnun" konsertinin məşqlərinə başlayıb.

Xalq artisti və qızı "Mark Morris" rəqs qrupu və "İpək yolu" ansamblının müşayiəti ilə Nyu-Yorkda 4 konsert proqramı ilə çıxış edəcək.

Konsertlər 26, 27, 28 və 29 oktyabr tarixlərində "Rose" Teatrında baş tutacaq.