Oktyabrın 25-dən noyabrın 3-ə qədər Beynəlxalq Caz Festivalı keçiriləcək.
Azərbaycan Mədəniyyət və Turzim Nazirliyinin yaydığı məlumata görə festivalda dünyanın müxtəlif yerlərindən musiqiçilər Bakıya yığışacaq.
Festival çərçivəsində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzində dünya musiqiçilərin "Diana Krall", "Four Play", "Charles Lloyd", "Ntjam Rosie" qrupunun və başqalarının çıxışları gözlənilir.
Azərbaycanın caz ifaçıları - Salman Qəmbərov, Cəmil Əmirov, Emil Əfrasiyab və Elçin Şirinov festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.