MDB müdafiə nazirləri Moskvada görüşəcək

MDB Müdafiə Nazirləri Şurası

İyunun 15-də Moskvada MDB ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

APA agentliyinin məlumatına görə, iclasda MDB-yə üzv dövlətlərin 2020-ci ilə kimi hərbi əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi, hava-kosmik müdafiə Konsepsiyasının layihəsinin işlənilməsi və "Beynəlxalq Hərbi Oyunlar 2016"-nın keçirilməsi məsələlərinə baxılması planlaşdırılır.

İclasda Azərbaycanı müdafiə naziri Zakir Həsənov təmsil edəcək.

Sabah Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri Sergey Şoyqu və Zakir Həsənov arasında ikitərəfli görüş keçiriləcək.