Federal büdcənin ixtisarının gətirəcəyi çətinliklər artıq bəhrəsini verməkdədir.
İxtisarlar ağır dövrə təsadüf edir. Pentaqon rəhbərliyinin dəyişməsi və müdafiə naziri Leon Panettanın vəzifəsini tərk etməsindən sonra onun xələfini büdcə qarışıqlığı gözləyir.“İxtisarlar müdafiə proqramları və hərbi hazırlıqları kəskin şəkildə məhdudlaşdıracaq. Biz artıq proqnozlara əsasən fəaliyyətlərimizi müəyyən etməyə çalışırıq. Lakin daha yaxşı seçim olmadığı bəllidir."
Qüvvələrin təlimləri və təyyarədaşıyan gəmilərin İran körfəzinə yerləşdirilməsi prosesi ya yubadılacaq, ya da təxirə salınacaq. Belə ki, müdafiə nazirliyini 46 milyard dollarlıq vəsait ixtisarı gözləyir. Panetta ziyanın dərin olacağını deyir. “Biz 800 min işçinin 22 gün ərzində maaşlarını kəsməli olacağıq. Bu, onların maaşlarının 20 faizini təşkil edəcək. Bunun iqtisadiyata təsiri olmayacaqmı?”
İlin əvvəlində elan edilən, lakin hələ qüvvəyə minməyən planda 500 milyard dollarlıq ixtisar nəzərdə tutulur.
Panettanın xələfi daha kiçik ordu və daha az vəsaitlə Yaxın Şərq, Afrika və Şimali Koreya kimi ölkələrin artmaqda olan təhlükəsi ilə vəzifəsini yerinə yetirməli olacaq.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Antoni Kordesman: “Bir sözlə bu, zərbə və yanğın əməliyyatı olacaq. Əgər Konqres bunun qarşısını almasa, nəticələrin nə olacağını təxmin etmək belə mümkün olmayacaq.”
İxtisarların nə zaman başa çatacağı Konqreslə Ağ Evin razılığından asılı olacaq. Pentaqon rəhbərliyi və təhlükəsizlik eksertlərini isə milli müdafiəyə vurulacaq zərbə narahat edir.