Azərbaycanın Tarif (qiymət) Şurasısoba mazutunun topdansatış qiymətini üç dəfə endirib.
Şuranın katibliyinin məlumatına görə, Tarif Şurasının noyabrın 23-də keçirilən iclasında soba mazutunun topdansatış tarifinə baxılıb və 1 tonun topdansatış qiyməti 300 manatdan 100 manata endirilib.
Yeni tarif 2015-ci il, 1 dekabr tarixindən qüvvəyə minəcək.