Mayk Pompeonun dini azadlıqla bağlı çıxışı

ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

ABŞ dövlət katibi Mayk Pompeo bu yaxınlarda Ayova ştatında dini azadlıqla bağlı çıxışnda dini azadlığı “Konstitusiyaya əsəsən bizim birinci azadlığımızadlandırıb.

ABŞ dövlət katibi Mayk Pompeo bu yaxınlarda Ayova ştatında dini azadlıqla bağlı çıxışnda dini azadlığı “Konstitusiyaya əsəsən bizim birinci azadlığımız” adlandırıb və deyib ki, “bu ayrılmaz hüquqa bəslədiyimiz yüksək hörmət bizim administrasiyaya bələdçilik edir” o deyib.

Dini azadlıq bir çox ölkədə təhlükə altındadır. Dövlət katibi Pompeo bildirib ki, dünya boyu hər beş nəfərdən dördü tam dini azadlığa malik deyil. Birləşmiş Ştatlar vicdan azadlığından istifadə etmək istəyən insanlar üçün şəraiti yaxşılaşdırmaq məqsədilə əlinin altında olan bütün vasitələrdən istifadə edir ki, buna bu fundamental hüququ pozan ölkələrin adını çəkmək daxildir.

“Biz Çinin inanca qarşı müharibə apardığını bildirmişdik. Onların uyğurları kütləvi şəkildə həbs etdiklərini, kilsədəki on qüsurlu hərəkəti baş katib Şinin sözləri ilə əvəz etmək kimi allahsız qərarlarını dilə gətirmişik,” o söyləyib.

Dövlət Departamenti son iki il ərzində iki dəfə Dini Azadlıqların Təbliği tədbiri keçirib. Bu tədbirdə dini azadlıq haqqını qorumaq məqsədilə dünyanın bir çox xalqları və dini liderləri iştirak ediblər.

Pompeo deyib ki, Amerika dünya boyu insanların fundamental azadıqlarını qorumaq kimi dərin öhdəliyi var. Bu, ölkənin banilərinin qürurlu mirasıdır. Onlar Bİrləşmiş Ştatları Amerika xalqına istiqlal bəyannaməsi və konstitusiyada sadalanan bəzi alınmaz hüquqlar ilə təmin etmək öhdəliyi üzəində qurublar.

“Bizim ölkəmizin xarici siyasəti bu mərkəzi anlayışa əsaslanmalıdır. Bu öhdəlik bizi dünyada azadlıq ulduzuna çevirib. Bizim xarici siyasətimiz ölkə qurulan zaman yaranan təməl prinsiplər üzərində qurulub,” dövlət katibi Pompeo bildirib.