Mayk Pens yevangelist xristianlarla təmas qurulmasında misilsiz rol oynayıb

9 aydır Tramp administrasiyasının koronavirusa qarşı mübarizə səylərinə rəhbərlik edən və prezidentə loyallığı ilə tanınan Vitse-Prezident Mayk Pens seçki günü daha yüksək bir profilə sahibdir.

Dörd il əvvəl ilk dəfə siyasətə qoşulan Tramp onu vitse-prezidentliyə namizəd göstərəndə, Pens bir o qədər də tanınmırdı. O dövrdə 16 illik konqresmenliyi ilə mühafizəkar siyasətçi statusu qazanan Pens İndiana ştatının qubernatoru vəzifəsində çalışırdı.

Trampın o vaxt Demokrat rəqibi Hillari Klintona qarşı şansını artırmaq üçün hər şey qədər olduğu kimi Pensin mühafizəkar mövqeyinə ehtiyacı var idi. 35 ildir məktəb müəllimi Karenlə evli olan Pensin üçüncü dəfə evli olan, Nyu Yorkun daşınmaz əmlak maqnatı və realiti şou iştirakçısı olan Trampdan fərqi çox idi.

Pensin mühafizəkar yevangelist seçicilərlə sıx təmaslar yaratması Trampın 2016-cı ildə qələbəsinə yardım etmişdi, Belə ki, Respublikaçılar blokuna məxsus olan bu xristianlar ABŞ seçicilərinin dörddə birini təşkil edir.

O vaxtdan bəri Tramp üç mühafizəkarın Ali Məhkəməyə və 200-ə yaxın digərinin federal hakimliklərə təyin etməsi ilə yanaşı, abort hüquqlarına qarşı çıxan yevangelistlərlə münasibətlərini möhkəmləndirib.

Pens prezidenti tərifləmək imkanlarından həmişə istifadə edib. O, 2017-ci ildə kabinet iclasında masa arxasında əyləşən Trampın 14 müxtəlif tərifnamə verilməsini irəli sürmüşdü.

Bununla yanaşı, Pens 2016 kampaniyası dövründə Trampın qadınlar haqqında nalayiq şərhlər verməsi ilə bağlı video ortaya çıxdıqda "onun sözlərini dəstəkləmirəm və onları müdafiə edə bilmərəm" demişdi.

61 yaşlı Pens İndianada böyüyüb, təhsilini hüquqşünaslıq diplomu ilə bitirib. O, bir müddət vəkil kimi çalışsa da, tezliklə siyasətə üz tutub.

1988 və 1990-cı illərdə Nümayəndələr Palatasında yer almaq uğrunda ilk iki yarışmada məğlub olub, lakin 1994-1999-cu illərdə mühafizəkar bir radio və TV tok-şousunun aparıcısı kimi səsi və simasını İndiana sakinləri qarşısında qoruya bilib.

Nəhayət 2000-ci ildə Pens mühafizəkar seçicilərin rekord səsverməsi ilə Nümayəndələr Palatasında iki illik altı dövrdən birincisini qazanaraq, Respublikaçılar Partiyasının rəhbərliik nərdivanına qalxa bilib.

Bir müddət mühafizəkar millət vəkillərindən təşkil olunan Respublikaçıların Tədqiqat Komitəsinin sədri vəzifəsində çalışıb. Lakin Demokratların Nümayəndələr Palatasını idarə etdiyi vaxt Respublikaçı azlığının liderliyi yarışlarında məğlub olub.

Pens Nümayəndələr Palatasındakı 12 illik fəaliyyəti dövründə 90 qanun layihəsi təklif etsə də, onların heç biri qanuna çevrilməyib.