Mayk Pens Yaponiyanın baş naziri ilə görüşüb

ABŞ vitse-prezidenti Mayk Pens ABŞ-ın üzünmüddətli müttəfiqi olan Yaponiya ilə həmrəyliyini təsdiq etmək məqsədilə çərşənbə günü Tokioda baş nazir Şinzo Abe ilə görüşüb.

Vitse-prezident Yaponiya və Cənubi Koreyaya səfərini ABŞ-ın öz müttəfiqlərini Şimali Koreyanın artan nüvə təhdidləri ilə əlaqədar narahatlıqlarını ünvanlamaq və diqqətləri istiqamətləndirməyə səy göstərdiyi vaxt edir.

"Bu məsələdə ABŞ sizin yanınızdadır. Biz Koreya yarımadasının nüvəsizləşdirilməsini kimi qlobal məqsədə çatana və Şimali Koreyanın region və dünya üçün yaratdığı təhriklər və təhlükələri sona çatdırana qədər Yaponiya, Cənubi Koreya və regionda digər tərəfdaşlarla birlikdə çiyin-çiyinə dayanacağıq” deyə vitse-prezident bildirib.

Mayk Pens cümə axşamı administrasiyasının Şimali Koreyaya qarşı “maksimum təzyiq” kampaniyasını təşviq etmək və Qış Olimpiya oyunlarının açılış mərasimində iştirak etmək üçün Cənubi Koreyaya yola düşəcək.

Vitse-prezident oyunların açılışı mərasimində ABŞ heyətinə başçılıq edəcək. Mayk Pens bildirib ki, o, beynəlxalq idman tədbirindən Şimali Koreya üzərinə diqqət çəkilməsinə nail olmaq üçün istifadə edir.