Mayamidə pidaya körpüsü çöküb

Mayami şəhərində Florida Beynəlxalq Universitetinin tələbələrinin tıxaclı yollardan keçməməsi üçün inşa edilən pidaya körpüsü çöküb.

Hadisə yerindəki video-kameralar maşınların dağıntılar altında qaldığını qeydə alıb. 6 maşının dağıldıdı deyilir. Bir neçə adam həyatını itirib. Dəqiq rəqəm bildirilmir.

Ötən şənbə günü inşa edildiksən sonra körpü piyadaların istifadəsinə verilməyib.

Körpünün eni 53 metr, ağırlığı isə 950 tondur.