Dünya ölkələrində 1 May kimi tanınan əməkçilərin həmrəylik günü qeyd edilir.
Dünya boyu küçələrdə nümayiş keçirən zəhmətkeşlər daha yüksək maaş və yaxşı əmək şəraitinin yaradılması ilə bağlı şüarlar səsləndirib.
1 May günü Yunanıstanda Həmkarlar İttifaqının keçirdiyi etiraz aksiyası adalarda bərə xidmətinin kəsilməsi, Afinada isə ictimai nəqliyyatın dayanmasına səbəb olub. Nümayişçilər uzun sürən iqtisadi ixtisarlara görə dövlətin yürütdüyü siyasətdən şikayət edib.
İstanbulda polis Taksim meydanına doğru irəliləyən kütlə ilə toqquşub. 1 May hər il İstanbulda Taksim meydanına qeyd edilir.
Filippində Manilada nümayişçilər hökumətin onların iş yerlərini qorumasını və eyni hüquq və güzəştlərdən yararlana bilməyən podratçıları işə götürməyi dayandırmasını tələb edib.
İşsizlik səviyyəsnin 27 faizə çatdığı İspaniyada zəhmətkeşlər iqtisadi siyasətdə dəyişikliklər tələbi ilə nümayiş keçirib.