Dünyanın hər yerindən günün ən maraqlı fotoları

Hindistan Hərbi Hava Qüvvələrinin helikopterindən Mumbayda xəstəxana işçiləri üçün qızılgül ləçəkləri səpilir. 

 

İsveçrədə Nevşatel şəhərinin kilsəsində COVİD-19 epidemiyasına görə dua mərasimini ziyarət edə bilməyən 400 nəfərin portretləri yerəşdirilib. 

 

Nepalda Katmanduda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş karantin zamanı pulsuz ərzaq paylanılan yerdə dezinfeksiya aparılır. 
 

Keniyada Viktoriya gölündən suların geri axması nəticəsində Nzoiya çayının daşması nəticəsində  Siaya dairəsindəki Nyadorera şəhərində küçələri sel basıb.  
 

Braziliyada Manuasda koronavirusun yayılmasından sonra Puraquequaras həbsxanasında qiyam qaldıran məhbuslar dama çıxıb.

İspaniyada San Sebastianda yeddi həftədən sonra hökumətin koronavirusla əlaqədar olaraq tətbiq etdiyi karantin tədbirlərinin yüngülləşdirilməsinin ardınca sörferlər Zorriola çimərliyində dalğalarla qarşılaşır. 
 

Yunanıstanda qaçqınlar və miqrantlar Lesbos adasından ölkə ərazisinə köçürülmələrini gözləyir.

Cənubi Koreyanın şimal-şərq sahilində tətilə çıxan insanlar Sokço çimərliyində dincəlir.

Londonda üstü süni otla örtülmüş avtomobil.