Günün fotoları
Parisdə qadın 2013-cü ilin noyabrın 2-də Malidə öldürülən iki fransalı jurnalist Gisleyn Düpon və Klod Verlon və 2014-cü ilin mayın 12-də Mərkəzi Afrika Respublikasında öldürülən fransalı fotojurnalist Kamil Lepanın şərəfinə adlandırılan küçənin şəklini çəkir.
Britaniya şahzadəsi Harri və Meqanın uşaqlarının dünyaya gəlməsinin şərəfinə Uindsorda mağazaların pəncərələrinə suvenirlər yerləşdirilib.
Kral Vaciralonqkornun mayın 4-dən mayın 6-dək keçirilən tacqoyma mərasimindən öncə Banqkokda Böyük Saray yaxınlığında Tailand kralı Maha Vaciralonqkornun şəklini tutan insanlar toplaşıb.
Hindistanlı ailə mayın 2-də Hindistanın Odişa ştatında bağlı Puri çimərliyində konfet satıcısının yanında selfi çəkir.
Bir kişi Pekində may bayramı münasibətilə keçirilən dörd günlük milli tətil zamanı Çin imperatorlarıın keçmiş sarayı sayılan Yasaq şəhəri ziyarət edəndən sonra uşaqla selfi çəkdirir.
Cənubi Koreyanın ənənəvi hərbi formalarını geyinmiş fəxri qarobul əsgərləri Koreya Müharibəsi Muzeyində hər həftə keçirilən performans zamanı döyüş sənətini nümayiş etdirir. Seul, Cənubi Koreya.
Model İndoneziyanın Cakarta şəhərində keçirilən Müsəlman Dəb Festivalı zamanı Hannie Hanantonun hazırladığı kolleksiyanı nümayiş etdirir.
Nepallı qadın Katmandu yaxınlığında buğda təmizləyir. 2 may 2019.
Yelkənçilər hər il keçirilən Əl-Qaffal adı ilə tanınan uzun-məsafəli dau yelkən yarışında iştirak edir. Dubay, Birləşmiş Ərəb Əmirlikləri.
Almaniyanın Münhen şəhərindəki Hellabrunn zooparkında günəşli bir gündə flaminqo başını lələklərinə söykəyib. 2 may 2019.